Con Kerri Əl-Sissi ilə görüşür

ABŞ dövlət katibi Con Kerri və misirli həmkarı - xarici işlər naziri Sameh Şükri iqtisadi, regional təhlükəsizlik və başqa məsələlərlə bağlı danışıqlara başlayıb. Bu, 2009-cu ildən bəri ilk ABŞ-Misir strateji dialoqudur.

Bu gün Qahirədə keçirilən danışıqlar Misirin Sinay yarımadasında terror təhlükələri ilə mübarizə apardığı bir vaxta təsadüf edir. Hücum həyata keçirən yaraqlı qruplar İŞİD-lə əlaqəli olduğunu iddia edir.

Danışıqlardan öncə Con Kerri bu barədə danışıb: "Hamımız bilirik ki, terrorizmə qalib gəlmək uzunmüddətli strategiya tələb edir. Burada sərhəd təhlükəsizliyi və hüquq-mühafizəsi ən mühüm hissələrdən biridir. Ancaq daha geniş məqsəd gənclərin terrora qurşanmasının qarşısını almaqdır".

Bu gün Kerri Misir prezidenti Abdel Fəttah Əl-Sissi ilə görüşəcək. ABŞ prezident Məhəmməd Mursinin 2013-cü ildə devrilməsindən sonra Misirdə insan haqlarının vəziyyətindən narahatlıqlarını ifadə edib.

Kerri ABŞ-ın sabiq prezident Mursinin tərəfdarları da daxil, Misirin siyasi fəallara qarşı amansız siyasəti barədə narahatlıqlarına dair məsələni də qaldırır.

Misir hökuməti sabiq prezidenti Mursini bə Müsəlman Qardaşlarının minlərlə tərəfdarını həbs edib.