Huqo Çavezə yenidən əməliyyat olunacaq

.

Xərçəng xəstəliyindən əziyyət çəkən Venesuela prezidenti Huqo Çavez cərrahiyyə əməliyyatından keçmək üçün Kubadadır.

Bazar ertəsi Kubada Çavezi ziyarət edən Ekvador prezidenti Rafael Korrea vətəninə qayıtdıqdan sonra dostu üzərində "zərif əməliyyat" aparılacağını deyib.

Cənab Çavez xərçəng xəstəliyi səbəbindən daha bir cərrahiyyə əməliyyatı olunmaq üçün Kubaya bazar ertəsi gedib.

Xəstəlik səbəbindən ölkəni müvəqqəti tərk etmək məcburiyyətində qalan cənab Çavez vitse-prezidenti özünün siyasi varisi elan edib. Huqo Çavez fiziki qabiliyyətini itirdiyi təqdirdə öz tərəfdarlarını Nikolas Maduro ətrafında birləşməyə çağırıb.

Cənubi Amerika ölkəsinin liderinin sözlərinə görə kubalı tibbi heyət ona yeni əməliyyatın "hökmən vacib" olduğunu bildirib.