Dallas şəhər polis idarəsi hücuma məruz qalıb

Texas ştatının Dallas şəhər polis idarəsi hücuma məruz qalıb. Polis maşınlarının şüşələri güllərlərlə sındırılıb.

Az sonra polis tərəfindən mühasirəyə alınan maşın qarşılıqlı atışma nəticəsində sıradan çıxarılıb. Polis rəsisinin bildirdiyinə görə maşındakı silahlı şəxs görünüb. Atışmadan 7 saat sonra maşında sakitlik olub. Lakin silahlı şəxsin ölü və ya diri olduğu məlum olmayıb. Gözləmə maşında partlayıcı qurğular olub-olmadına görə davam etdirilib.

Xəsarət alanlar barədə məlumat verilmir. Bir çox polis işçisinin ölümdən döndüyü deyilir.

Robotlar vasitəsi ilə polis idarəsi yaxınlığında zərərsizləşdirilməyə səy göstərilən vaxt bombalar işə düşüb.

Silahlı şəxsin əvvəllər də məsuliyyətə cəlb olnduğu bildirilsə də, onun hər hansısa terror təşkilatı ilə əlaqəsinə dair məlumat verilməyib.