Mülki şəxs yaralanıb

Ermənistan silahlı bölmələri aprelin 18-də Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutması nəticəsində kənd sakini Rahim Hacıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb.

Ermənistan tərəfi isə bu məlumatla bağlı rəsmi açıqlama verməyib.