Əhməd Davutoğlu Türkiyənin baş naziri vəzifəsinə təyin edilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) xarici işlər naziri Əhməd Davutoğlunu baş nazir vəzifəsinə təyin edib.

Partiyanın Mərkəzi Komitəsi təyinatla bağlı bəyanatı bu gün açılayıb.

55 yaşlı Davutoğlu Ərdoğanın yaxın müttəfiqlərindəndir. Xarici işlər nazirliyindən əvvəl o, Ərdoğanın xarici siyasət müşaviri vəzifəsində çalışıb.

Davutoğlu partiyasının hüquqlar və demokratiya uğrunda mübarizəsinin illər və ya əsrlərlə məhdudlaşdırılmayacağına and içib.

Son 9 ili baş nazir vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan səsvermə yolu ilə hamiyyətə gələn ilk prezident kimi avqustin 28-də vəzifəsinə başlayır.

Ərdoğan sələflərindən fərqli olaraq siyasi rolunun daha aktiv olacağını deyib.

Təhlilçilərin fikrincə, Ərdoğanın Davutoğlu ilə dost münasibətləri ona simvolik prezidentlikdən daha artıq səlahiyyət verə bilər.