Dünya fotolarda

Aborigen sakin büdcə ixtisarlarına etiraz edir. Rio de Janeyro, Braziliya.

Motosikletçilər Məhəmməd peyğəmbərin ad günü münasibətilə güllərlə bəzənmiş küçədən keçir. Lahor, Pakistan.

Santa Klaus kimi geyinmiş uşaqlar paradda ehtiyacı olanlar üçün ərzaq toplayır. Lissabon, Portuqaliya.

Çinli sərhəd keşikçiləri Rusiya ilə həmsərhəd Heylonqcianq vilayətində.

Dağ velosipedçiləri turnirdə iştirak edir. Merkers, mərkəzi Almaniya, 11 dekabr, 2016.

Temperatur qızdıqca uşaqlar Camps Bay çimərliyində suya tullanır. Keyptaun, Cənubi Afrika, 11 dekabr, 2016.

Səna şəhər sakini Məhəmməd peyğəmbərin doğum gününü sifətini yaşll boyamaqla qeyd edir. Yəmən. 11 dekabr, 2016.

Amerika Futbolunun həvəskarı "Green Bay Packers" və "Seattle Seahawks" arasındakı matçı izləmək üçün Lambeau stadionuna gedir. Green Bay, Wisconsin. 11 dekabr, 2016.

Adamlar Sinqapurda Universal Studios-da düzənlənmiş 800,000 lampadan ibarət Milad sərgisinə baxmağa gəliblər.

Minlərlə zəvvar Quadalup Basilikasında yatır.  Onlar buraya Üuadalup Bakirəsinin ad gününü qeyd etmək üçün toplaşıblar. Meksiko Siti, Meksiko.