Dünyadan görüntülər

Əfqanıstan - Təhlükəsizlik qüvvələrinin üzvləri paytaxt Kabildə maşına yerləşdirilmiş bomba partlayışının baş verdiyi yerdə təhqiqat aparır, 20 dekabr, 2020.

Nigeriya - Azad edilmiş məktəbli Muhammed Bello Kankarada evinə qayıdan zaman qohumları tərəfindən qarşılanır.

Yaponiya - Tokio şəhərində uşaqların istismarına qarşı Harley Santa Club tərəfindən təşkil edilən yürüş və Milad bayramı ərəfəsində Toy Run paradından əvvəl Şaxta baba kostyumları geymiş ev heyvanları motosikletlə küçədən keçir.

İtaliya - Roma sakinləri hökumətin koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün Milad bayramı dövründə məhdudiyyətlər tətbiq etməsindən öncə Via Del Corso küçəsi ilə gəzirlər.
 

İsveçrə - Norveç idmançısı Halvor Egner Granerud İsveçrənin mərkəzində Engelberg şəhərində kişilər arasında tramplindən tullanma üzrə Dünya Kuboku uğrunda yarışlarda iştirak edir.

Fransa - Romain Vandendorp Vattrelosda buz kubikləri ilə ən davamlı təmas üzrə dünya rekordunu qırmağa çalışır.

Hindistan -  Köçəri quşlar Gauhati şəhəri ətrafında Pobitora qoruğundakı bataqlıq əraziyə gəlib.

Avstriya - Norveç idmançısı İngrid Landmark Tandrevold Hoxfilzen şəhərində biatlon üzrə qadınlar arasında keçirilən Dünya kubokunda 10 kilometrlik məsafədə yarışda iştirak edir.

Avstriya - Hoxfilzen şəhərində keçirilən biatlon üzrə Dünya kubokunda kişilər arasında 15 kilometrlik məsafədə yarışa start verilib.

Dünyanın hər yerindən günün ən maraqlı fotoları