Dünya fotolarda
Müsafirlər qışın gəlişini Stonehenge abidəsi yaxınlığında qarşılayır. Amesbury, Böyük Britaniya.
Nəhəng Yeni İl büllür topu Oktyabr meydanında. Minsk, Belarus.
Pakistanlı xristian Kəraçidə Milad bayramını qeyd edir.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankaradakı prezident sarayında 7 yaşlı suriyalı Bana Al-Abedi qucaqlayır. Bananın Hələbdən yazdığı tvitlər dünya boyu geniş oxunub.
Nəhəng partlayış Meksikanın ən iri atəşfəşanlıq marketini viran qoyub. 20 dekabr, 2016.
Air China təyyarəsi qatı duman şəraitində Pekinin Paytaxt Beynəlxalq Aeroportuna enir.
Suriyalılar Maarət ən-Nüman şəhərində qarla örtülmüş küçədə gəzirlər. İdlib vilayəti, Suriya.
Şimali Koreyada raket batareyası. Vaxtı naməlum fotonu Koreya Mərkəzi İnformasiya Agentliyi yayıb. Pxenyan, Şimali Koreya.
Yaponiyada 8 metr hündürlükdə dinozavr 'TRX03' (C) Tokorozawa şirkətinin studiyasında başqa robotlarla oynayır.
Avstraliyada suiti Milad bayramı münasibətilə balıqla doldurulmuş dondurma yeyir.
Sinqapurda Milad bayramı işıqları.