Dünya fotolarda

Qadın küçədə "Happy New Year 2017" başlığı satır. Sidney, Avstraliya.

Adamlar ənənəvi ayı ritualı festivalında xəz kostyumlar geyiniblər. Komanesti, Rumıniya.

İlin başa çatması havaya şarların buraxılması ilə qeyd olunur. Sao Paulo, Braziliya.

İsrail zabitlərini bıçaqlamağa cəhd göstərən fələstinli qadın güllə ilə vurulub. Qalandiya keçid məntəqəsi, Ramallah.

Mülki vətəndaşlar İraq qüvvələri ilə İŞİD arasındakı döyüşdən qaçırlar. Mosul, İraq.

3 yaşlı suriyalı qız Hayanın cəsədi morqda. Dəməşq civarında üsyançıların nəzarət etidkləri Duma qəsəbəsi Əsəd qüvvələrinin hava zərbələrindən sonra .

Fermerlər becərilmiş kökləri suda yuyurlar. Faysalabad, Pakistan.

İraq qüvvələri İŞİD mövqelərinə raket atır. Mosul, İraq.

Şaxta ağacları və çölləri vurub. Fransanın şimal qərbi.

Köçəri quşlar Jahangirnagar Universitetinin bataqlığında. Dhaka, Banqladeş.