Dünyadan görüntülər

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) tərəfindən təqdim olunan bu fotoda agentliyin nümayəndəsi Avstraliyanın cənubunda Vumerada Hayabusa2 tərəfindən atılmış kapsulu götürür.
 

Asteroidin ilk geniş təsvirlərini daşıyan Hayabusa 2 kapsulu yenidən Yer atmosferinə daxil olarkən  alovlu kürənin Avstraliyadan görünüşü
 

Rusiya - Omsk şəhərində qış üzgüçülük mövsümünün açılış günü İrtış çayının buzlu sularına qərq olmazdan əvvəl üzgüçü buzlu bir pilləkəndən enir.

Venesuela - Əsgərlər Karakas şəhərində Milli Assambleyaya seçkilərin keçirildiyi vaxt hərbi bir avtomobildə keşik çəkir. 

 

Braziliya - 4 yaşlı Emili Viktoria Silva dos Santos və 7 yaşlı Rebeka Beatriz Rodrigez dos Santosun yaxınları Rio de Janeiroda qəbiristanlığında dəfn mərasimində iştirak edir. Emili və Rebeka cümə günü axşam evlərinin qarşısında oynayarkən güllə ilə vurulub öldürülüb.

 

Sudan -  yerli icma üzvləri Sudan şərqində Gedarefdə Um Raquba qaçqın düşərgəsində Efiopiyada Tiqray bölgəsində münaqişə nəticəsində ölkəni tərk edən qaçqınlar üçün ərzaq yardımı daşıyır.

Britaniyanın Brexit danışıqlarında baş müzakirəçisi Devid Frost Londonda St. Pancras beynəlxalq dəmiryolu stansiyasına gəlir.

 

Braziliya - Şaxta baba geyimində şəxs Rio de Janeiro şəhərində Milad tədbirinə gələrkən Pao de Acucar dağında kanat yolu ilə enir.

İngiltərə Premyer Liqasının Sheffield United - Leicester City matçında Sheffield United-in oyunçusu Oliver MakBerni komandasının ilk açılış qolunu vurur.
 

Bəhreyn - İspaniyalı McLaren sürücüsü Karlos Sainz Saxirdə Bəhreyn Formula 1 Qran Pris yarışları ərəfəsində üçüncü məşq keçirir.