Koronavirusun Delta variantı azı 85 ölkədə müəyyən edilib

Koronavirusun Delta variantı Portuqaliyanın bəzi hissələri ilə birlikdə, Avstraliya, Yeni Zelandiya və Banqladeşi bir növ qapanma vəziyyətinə salır.

Əhalisinin yarısından çoxunun vaksinasiya edildiyi İsrail də qapalı ictimai yerlərdə maska mandatı tətbiq edib.

İlk dəfə Hindistanda aşkar edilən bu variant ən azı 85 ölkədə müəyyən edilib və indiyə qədər müəyyən edilmiş variantlardan ən çox yayılanıdır və peyvənd edilməmiş əhali arasında sürətlə yayılır"- deyə, Ümumdünya Səhiyyə Təşkialtının direktoru Tedros Adhanom Qhebreyesus bildirib.

Avstraliyanın ən böyük şəhəri olan Sidney koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin artan sayı səbəbindən iki həftəlik qapanma elan edib. Delta variantı dekabr ayından bəri Sidneydə ilk qapanmaya səbəb olub.

Evdə qal göstərişi Avstraliyanın ən sıx ştatı olan Yeni Cənubi Uelsdəki digər bölgələrə də şamil ediləcək.

Avstraliya yeni variant səbəbi ilə Yeni Zelandiya iki qonşu arasındakı karantinsiz səyahəti üç günlük dayandırıb.

Bazar ertəsindən etibarən Banqladeş bir həftəlik milli qapanmaya başlayır. İnsanların yalnız tibbi səbəblərdən evlərindən çıxmasına icazə verilir.

Delta variantı Rusiyadakı yoluxmaların artmasının arxasında durur. Gələn cümə günü Avro 2020 futbol matçlarının dörddə bir finalına ev sahibliyi edəcək Rusiyanın Sankt-Peterburq səhərində COVID-19-dan 107 ölüm halının qeydə alındığı və bu, pandemiya başlanğıcından bəri şəhər üçün gündəlik rekord olduğu bildirilir.

Bir həftə ərzində Afrika yeni variantın 25% artması həyəcan siqnalı yaradıb.