Türkiyədən son fotolar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Fatih məscidində qiyam cəhdi zamanı həlak olan şəxsin dəfn mərasimində iştirak edir. 17 iyul, 2016.

Ağır silahlı cangüdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maşınını qoruyur.

39 yaşlı Cüma Dağın qohumları helikopterdən açılan atəş nəticəsində həlak olmuş Dağın yas mərasimində. Ankara, 17 iyul, 2016.

"Blackhawk" hərbi helikopterində Yunanıstana pənah gətirmiş hərbçilər Aleksandrupolis şəhərində prokuror idarəsinə təhvil verilir. Helkopterin 7 ekipaj üzvü Yunanıstandan siyasi sığınacaq istəyiblər. 17 iyul, 2016.

Nümayişçilər çevriliş cəhdində iştirak etmiş hərbçini təpikləyir, döyürlər. Bosfor Körpüsü, 16 iyul, 2016.

Nümayişçilər çevriliş cəhdində iştirak etmiş hərbçini saxlayırlar. 16 iyul, 2016.

Vətəndaşlar prezident sarayı yaxınlığında yandırılmış polis və mülki maşınların yanı ilə keçirlər. 17 iyul, 2016.

Türkiyə Baş Qərargahlar İdarəsinin qarşısında tanklar keşik çəkir. Ankara, 17 iyul, 2016.

İstanbulun Sabiha Gökçen aeroportuna gələn sərnişinlə çemodanlarını daşyırılar. Çevriliş cəhdi Ərdoğanı devirmək əvəzinə onun ictimai dəstəyini genişləndirib, hakimiyyətini möhkəmləndirib.

Əlcəzairli turistlər tərk edilmiş tank qarşısında selfi çəkdirir. Taksim Meydanı, İstanbul. 17 iyul, 2016.