Devid Lidinqton: Britaniya parlamentinin üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Britaniyanın Avropa məsələləri üzrə naziri Turan agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

Sual: Siz Bakıya səfərinizin yekunlarına dair brifinqdə Böyük Britaniyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini artırmaq cəhdlərini qeyd etmisiniz. Deyə bilərsiniz, bu səylər nədən ibarətdir?

Londonda qətiyyətlə əmindirlər ki, münaqişə çox uzandı və stabilliyin pozulması riski var ki, bu da sözügedən region üçün böyük siyasi risklər deməkdir.

Cavab: Onu qeyd edim ki, mən Bakıya nizamlanmanın layihəsini gətirməmişəm. Lakin Londonda qətiyyətlə əmindirlər ki, münaqişə çox uzandı və stabilliyin pozulması riski var ki, bu da sözügedən region üçün böyük siyasi risklər deməkdir.

Problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Lakin beynəlxalq birlik bu səylərə qoşulmalı, Qarabağda sülhün axtarışı üçün yeni mexanizmlər daxil etməlidir.

Bundan ötrü Helsinki Yekun Aktı prinsiplərinin praktikada tətbiqi yollarının axtarışı məqsədilə diskussiya və kompromislər üçün açıq olmaq lazımdır.

Sual: Azərbaycanla Ermənistanın Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramında iştirakı sülhə nail olmaq üçün təmas nöqtəsini tapmağa kömək edə bilərmi? Digər tərəfdən, Ermənistan Gömrük İttifaqının üzvü olur. Bu, nizamlanma prosesinə necə təsir göstərə bilər?

Ermənistanın istiqamətini Avropadan digər tərəfə yönəltmək cəhdləri və onun Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi məyusluq doğurur.

Cavab: Hesab edirəm ki, Aİ-nin hər iki ölkədə rolu siyasi həmrəylik və iqtisadi islahatlara dəstəkdən ibarət ola bilər.

Ümumi siyasi məqsədlər və dəyərlər, çox güman ki, sülh prosesinə xidmət edəcək, iqtisadiyyatın yaxşılaşdırılması isə hər iki ölkədə həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək.

Ermənistanın istiqamətini Avropadan digər tərəfə yönəltmək cəhdləri və onun Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi məyusluq doğurur.

Sual: Sirr deyil ki, bu regionda Rusiyanın böyük rolu və təsiri var. Ukraynaya qarşı təcavüzdən sonra geosiyasi vəziyyət və qüvvələr bölgüsü əhəmiyyətli dərəcədə dəyişib. Son vaxtlar Rusiya Şimali Qafqazda və Xəzər dənizində öz hərbi qüvvələrini möhkəmləndirməyə başlayıb və açıq bəyan edir ki, onun post-sovet məkanında maraqları Qərb tərəfindən tanınmalıdır. Bu barədə nə deyə bilərsiniz?

Krımın anneksiyası da Rusiyanın imzaladığı və tanıdığı sənədlərin pozulmasıdır.

Cavab: Rusiyanın Luqansk və Donetskdə vəziyyətə müdaxiləsi pislənilməlidir. Bu, Helsinki Yekun Aktının, sonrakı memorandumların və SSRİ-nin süqutundan sonra Rusiyanın özünün imzaladığı digər beynəlxalq saziş və sənədlərin pozulmasıdır.

Krımın anneksiyası da Rusiyanın imzaladığı və tanıdığı sənədlərin pozulmasıdır.

Bütün bunlar çox ciddi narahatlıq doğurur və tamamilə aydındır ki, Moskva vaxtı ilə Sovet İttifaqına daxil olmuş qonşularının sıxışdırılmasının hesabına böyük güc statusunu bərpa etmək istəyir.

Bir bu nöqteyi-nəzərdən çıxış edirik ki, həmin gənc, müstəqil dövlətlər və onların hökumətləri kiminlə - Avropa və ya Rusiya ilə, yaxud eyni vaxtda hər ikisi ilə necə münasibət qurmaq lazım olduğunu özləri həll etməlidir. Lakin biz hər hansı qərarı, mövqeni zorla qəbul etdirməyin əleyhinəyik.

Sual: Rusiyanın Xəzərdə hərbi iştirakının möhkəmlənməsi Britaniyanın Azərbaycandakı enerji maraqlarına təhlükə yarada bilərmi?

Aİ və ABŞ Rusiyaya qarşı ciddi sazişlər paketi qəbul ediblər. Bütün bunlar Rusiyanın hərəkətləri ilə bağlı bizim narahatlığımızın dərəcəsini əks etdirir.

Cavab: Biz istərdik ki, Azərbaycan xalqı öz gələcəyi və tərəfdaşları ilə bağlı qərarları özü qəbul etsin. Bu, Gürcüstana, Ukraynaya və digər Şərqi Avropa ölkələrinə də aiddir.

Düşünürəm ki, Rusiyada indiki vəziyyət nə zamansa dəyişəcək. Lakin Rusiyanın Abxaziya, Cənubi Osetiya, Şərqi Ukrayna və ya digər yerlərdə hərbi iştirakı beynəlxalq hüquqa ziddir. Məhz buna görə də Aİ və ABŞ Rusiyaya qarşı ciddi sazişlər paketi qəbul ediblər. Bütün bunlar Rusiyanın hərəkətləri ilə bağlı bizim narahatlığımızın dərəcəsini əks etdirir.

Sual: Belə olan vəziyyətdə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi nə dərəcədə realdır, nəzərə alsaq ki, Moskva hər vəchlə buna mane olur?

Biz Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin tikintisini alqışlayırıq.

Cavab: Düşünürəm ki, bu məsələ layihəyə cəlb olunan ölkələrə - Azərbaycan və Türkmənistana, eləcə də onu maliyyələşdirmək istəyən özəl şirkətlərə aiddir.

Biz Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin tikintisini alqışlayırıq. Bu, Türkmənistanın öz qazını Qərb bazarına nəql etməsinə imkan verəcək. Bunu prezident Berdımuhammedov həll etməlidir. Lakin məlumdur ki, enerji resurslarının diversifikasiyası bütün tərəflərin marağındadır.

Sual: Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsi, insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz və bu məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə etdiniz?

Mənim mövqeyim belədir ki, sağlam, müxtəlif vətəndaş cəmiyyəti ölkəni güclü edir. Fəal müxalifət və güclü vətəndaş cəmiyyəti hökumətin zəifləməməsinə və cəmiyyətə hesabatlı olmasına yardım edir.

Cavab: Bəli, əlbəttə, mən bu məsələləri, əsasən insan hüquqları məsələsini qaldırdım. Bakıya gəlişimdən öncə bu məsələləri Britaniya parlamentində deputatların qarşısında qaldırmışdım. Bundan əlavə, mən Azərbaycanda və bir sıra başqa ölkələrdə vətəndaş hüquqları ilə bağlı vəziyyətə aydınlıq gətirilməsi xahişi ilə deputatlardan yazılı sorğu almışam. Mənim mövqeyim belədir ki, sağlam, müxtəlif vətəndaş cəmiyyəti ölkəni güclü edir. Fəal müxalifət və güclü vətəndaş cəmiyyəti hökumətin zəifləməməsinə və cəmiyyətə hesabatlı olmasına yardım edir.

Sual: Azərbaycan rəhbərliyinin sizin narahatlığa reaksiyası necə oldu?

Bu barədə onlardan soruşun (gülür).

Cavab: Bu barədə onlardan soruşun (gülür). Mən onların sözlərini interpretasiya etmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, bu mövzu ilə bağlı fikir mübadiləsini davam etdirəcəyik.

Sual (BBC radiosunun müxbirinin sualı): Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşün məzmunu barədə nə deyərdiniz?

Cavab: Onlar QHT-lərə dair qanunvericiliyə son məhdudiyyətlər və ümumilikdə vətəndaş cəmiyyəti, tanınmış jurnalistlər və hüquq müdafiəçilərinin həbsi, onlara qarşı təqiblərlə bağlı narahatlıqlarını bildirdilər.

Mənə onların üzləşdikləri problemlər və çətinliklər barədə ilkin mənbədən məlumat almaq maraqlı idi.