İslamçıların hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib
İslamçıların hüquqlarını müdafiə komitəsi bu gün Azərbaycanda 2010-2013-cü illərdə həbs edilmiş dindarların işlərinə həsr olunmuş mətbuat konfransı keçirib.
Komitə üzvlərinin fikrincə, 2010-cu ildən etibarən hakimiyyət islamçılara qarşı “xaç yürüşünə” başlayıb.
Bu dövr ərzində bir neçə qrup dindar - 2010-cu ilin fevralında Şəhidlər Xiyabanına yürüş iştirakçıları, 2012-ci ilin yanvarında İslam Partiyasının rəhbərləri, 2011-ci ilin mayında və 2012-ci ilin oktyabrında məktəblərdə hicabın qadağan edilməsinə qarşı etiraz aksiyalarının iştirakçıları həbs edilib.
Komitənin məlumatına görə, ümumilikdə 2010-cu ilin fevralında 5 nəfər, 2011-ci ildə 17 nəfər, 2012-ci ildə 80 nəfərdən çox, 2013-cü ilin əvvəllərində 2 nəfər dindar həbs eidlib.
Komitə üzvü Emil Rahiloğlu bildirib ki, islamofobiya dalğası 2009-cu ildə azanın qadağan edilməsi və məscidlərin dağıdılması ilə başlayıb, sonradan həbslər başlayıb.
O hesab edir ki, 2010-cu ildə dindarların etirazlarına səbəb olan hicabın qadağan eidlməsi islamçılara qarşı repressiyaların güclənməsinə gətirib çıxarıb.
Orta məktəb şagirdlərinə hicabın qadağan edilməsi dindar ailələrdə problemlərə səbəb olub.
Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu dindarlara qarşı repressiyalarla bağlı narahatlığını bildirib.
Hicabın qadağan edilməsinə gəlincə, məhdudiyyətin bir qədər yumşalmasına baxmayaraq, problemlər hələ də qalmaqdadır.
O hesab edir ki, vətəndaşlara hicaba görə təzyiq, məscidlərə girişlə bağlı məhdudiyyətlər aradan qaldırılmalı, dindarların hüquqlarının pozulmasına qarşı etirazlara görə həbs edilənlər isə azad edilməlidir.
Hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilmiş dindarların əksəriyyətini “vicdan məhbusu” adlandırıb.
O, yeni siyasi məhbuslar siyahısının hazırlandığını, son vaxtlar siyasi məhbusların sayının artdığını bildirib.
Bundan başqa, hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycanda siyasi məhbuslar institutunun bərpa edilməsi təşəbbüsü irəli sürmək niyyətindədirlər.
İslam Partiyasının Ali Məclisinin üzvü Natiq Kərimov qeyd edib ki, bütün siyasi məhbusların azad edilməsi və repressiv rejimdən azad olmaq üçün vətəndaşlar seçkilərə getməli və dəyişikliklərə səs verməlidirlər.