İranda 22 nəfər dar ağacından asılıb

  • Amerikanın səsi

İranda 22 nəfər dar ağacından asılıb

İranda narkotik maddələr alverinə görə məhkum edilmiş 22 nəfər dar ağacından asılaraq edam edilib. Iranın dövlətə məxsus qəzeti edamların dünən baş verdiyi haqda məlumat verib. Xəbərlərdə deyilir ki, edam Tehranın Evin həbsxanasında və paytaxtdan 45 kilometr qərbdə, Karaj şəhərində həbsxanada həyata keçirilib.

İranda qətl və narkotik maddələr qaçaqmalçılığı cinayətlərinə görə məhkum olunanlar edam edilir. İran Əfqanıstandan tiryək qaçaqmalçılığında əsas tranzit dəhlizi rolunu oynayır.

İnsan haqları qruplarının bildirdyinə görə İranda əhali sayına görə dünyada edam hallarının ən çox olduğu ölkədir.