Dünya Bankına yeni rəhbər təyin olundu

  • Amerikanın səsi

Dünya Bankının direktorlar şurası başqa bir amerikalını - Cim Yonq Kimi - qlobal inkişaf agentliyinə rəhbər təyin ediblər.

Dr. Kim həkim, antropoloq və Dartmouth Kollecinin prezidentidir. Əvvəllər o, BMT-nin QİÇS xəstələyinə qarşı səylərində fəal iştirak edib, yoxsul ölkələrdə səhiyyəni yaxşılaşdırmaq üçün qeyri-hökumət təşkilatı yaradıb, və Harvard Universitetində dərs deyib.

Dr. Kim iyulun 1-dən başlayaraq beş illik vəzifənin icrasına başlayacaq. O, bu vəzifədə Robert Zoellicki əvəzləyəcək.

Dr. Kim deyir ki, o, Dünya Bankının sürətlə dəyişən dünya ilə ayaqlaşmasını görmək istəyir.