Dünya boyu axtarışda olan terrorçu İlyaz Kəşmiri öldürülüb

  • Amerikanın səsi

Dünya boyu axtarışda olan terrorçu İlyaz Kəşmiri öldürülüb

Dünya boyu axtarışda olan terrorçu İlyaz Kəşmiri öldürülüb. Onun Amerikanın polotsuz döyüş təyyarəsinin hücumu nəticəsində öldüyündən şübhələnilir. Hərəkətül-Cihad Əl-İslam təşkilatı onun və digər 8 adamın öldürüldüyünü təsdiq edib. Amerika qlobal terrorist adlandırdığı bu şəxs barədə məlumat verənə 5 milyon dollar məbləğində mükafat vəd edirdi.

Pakistan rəsmiləri Kəşmirinin keçən ay Kəraçidə həyata keçirilən hücumun məsuliyyətini daşıdığını bildirir. Kəşmirinin 166 adamın ölümü ilə nəticələnən 2008-ci il Mumbay terror aksiyası ilə də əlaqəsi olduğundan şübhələnilir.