Dünyanın ən böyük pizzası - 2 ton pendir, 201 litr yağ, 30 kq reyhan

pizza

İtaliyanın 400-dən çox pizza birişəni Neapol şəhərində toplaşaraq dünyanın ən böyük pizzasını bişiriblər.

Yeni dünya rekordu şəhərin bulvarında bişirilən 1853 metrlik marqarita pizzası ilə qırılıb.

Üzərində 11 saat işlənilən pizzada 2 ton mezzarella pendiri və 2 ton undan, eləcə də 1497 kiloqram tomat sousundan və 201 litr yağ, o cümlədən 30 kiloqram reyhandan istifadə olunub.

Neapol sakini dünya rekordunun şəhərdə yenilənməsini böyük sevinclə qarşılayıblar.

Əvvəlki rekord isə Milan şəhərində keçirilən 2015 Expo sərgisində hazırlanmış 1.5 kilometrlik pizzaya məxsus idi.