Dünya boyu qaçqın sayı 70 milyonu keçib

Your browser doesn’t support HTML5

İsveçrənin Cenevrə şəhərində bazar ertəsi dünyanın qaçqın böhranının həlli ilə bağlı üç günlük sammitə start verilib. Minlərlə nümayəndə heyəti, o cümlədən 100 ölkə nazirləri Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqın Forumunda iştirak edir. Onlar münaqişələr səbəbilə evlərindən didərgin düşən on milyonlarla qaçqına yardım etməyin yollarını müzakirə edirlər.