Ümumdünya Yer Kürəsi Günü
Hindistanda ətraf mühit müdafiəçiləri vegetarianlığı təbliğ etmək məqsədilə bədənlərini yaşıl rəngə boyayıb.
Filippin paytaxtında ənənəvi baş geyimində olan gənc qız Manila körfəz bölgəsində özəl inşaat şirkətinin layihəsinə etiraz aksiyasında iştirak edir.
Cənubi Koreya paytaxtı Seulda ətraf mühit müdafiəçisi bir dəfə istifadə edilən fincan kostuyumunda Yer Kürəsi Günü ilə əlaqədar aksiyada iştirak edir.
Pakistanda Kəraçidə məktəblilər Yer Kürəsi Günü ilə əlaqədar tədbirlər çərçivəsində zibillikdə təmizlik işlərində iştirak edir.
ABŞ-ın Pensilvaniya ştatından könüllü və missioner Rebekka Lousan Filippində Manilada təmizlik işlərinə kömək edir.
Filippində tələbələr, ətraf mühit müdafiəçiləri və könüllülər Yer Kürəsi Gününü sahil bölgələrində təmizlik işlərində iştirak etməklə qeyd edir.