Şərqi Azərbaycan vilayətinin 6 şəhərində COVID-19-un yayılmasının qarşısını qalmaq məqsədi ilə yeni məhdudiyyətlər tətbiq edilir.
İranın dövlət agentliyi İRNA yeni məhdudiyyətlərin oktyabrın 27-dən etibarən Marağa, Mərənd, Çaroymaq, Culfa, Azərşəhr (Tufarqan) və Əcəbşer şəhərlərində tətbiq edilməyə başladığını bildirib.
Yeni tədbirlərə əsasən çörəkçilər və digər ərzaq tədarükçüləri daxil olmaqla “birinci qrup məkanlar” fəaliyyətə davam edərkən digər mağazalar və ictimai xidmət qurumları bir həftə tətil olacaq.
İranda xidmət sektorunda fəaliyyət göstərən biznes və qurumlar COVİD-19 tədbirləri ilə əlaqədar 4 qrupa bölünüb. Misal üçün “ağ vəziyyəti” elan edilən bölgələrdə bütün qruplara fəaliyyət imkanı verilir. “Sarı”, “narıncı” və “qırmızı” vəziyyətlərində isə bəzi qrupların fəaliyyəti dayandırılır.
SEE ALSO: Təbrizdə koronavirusdan ölənlərin sayı digər ölüm hallarını ötübSon vaxtlar Şərqi Azərbaycan vilayətində koronavirus nəticəsində günlük 20-dən artıq ölüm halı qeydə alınır. Vilayətinin səhiyyə xidmətinin yaydığı son məlumata əsasən, oktyabrın 24-dən 25-ə qədər Şərqi Azərbaycanda 24 saat ərzində 27 ölüm halı qeydə alınıb.