Liberiyada Ebola infeksiyasına yoluxma halları azalıb. Ümumdünya Səhiyyə Təşkilatının direktoru Brus Ayluardın bildiridiyinə görə, həftəlik yoluxma halları 25 faiz azalıb.
Bu arada, ABŞ müdafiə naziri Çak Heygel Qərbi Afrika ölkələrindən Amerikaya qayıdan əsgərlərin ciddi şəkildə monitorinqinə göstəriş verib.
ABŞ prezidenti bildirib ki, Qərbi Afrikada Ebola virusuna qarşı Birləşmiş Ştatlar qədər heç bir ölkə mübarizə aparmır.
Daha əvvəl Barak Obama deyib ki, avqust ayından başlayaraq ABŞ-ın Fəlakətə Yardım komandası Ebola müalicə məntəqələri, dəfn qaydaları, tibb işçiləri və tibbi təchizatın sayını artıraraq ciddi təlim kampaniyasına başlayıb.
ABŞ-ın BMT-ki səfiri Samanta Povers Ebolanın ən çox yayıldığı Qərbi Afrika ölkəsi Liberyaya səfəri zamanı eyni fikirləri səsləndirib.
Amerikanın dövlət başçısı bildirib ki, Ebolaya yoluxmuş xəstələrlə əlaqəsi olan səhiyyə işçilərinin təcrid və karantinə alınması amerikalıları virusla mübarizədən çəkindirməməlidir.
Nyu-York və Nyu-Cersi daxil olmaqla, bir neçə ştatda Qərbi Afrikadan Birləşmiş Ştatlara qayıdan səhiyyə işçilərinə qarşı məcburi karantin qayadaları tətbiq edilib.