Prezident İlham Əliyev əfv fərmanı imzalayıb

Prezident İlham Əliyev

Bu dəfəki əfv fərmanında da keçmiş Səhiyyə naziri Əli İnsanovun adı yoxdur
Mayın 26-da prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama görə 157 məhbus cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, 1 nəfər islah işlərindən, 11 nəfər isə cərimə cəzasından azad edilir.

Hüquq müdafiəçilərinin dediyinə görə əfv fərmanında yalnız siyasi məhbuslardan Fərəməz Allahverdiyev, bloger Daşqın Məlikov, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun adı var.

Bu dəfəki əfv fərmanında da keçmiş Səhiyyə naziri Əli İnsanovun adı yoxdur.