Əfv gözlənilir - 450 müraciətə müsbət cavab verilib

Martın 11-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Report agentliyinin xəbərinə görə, sonuncu iclasda 120 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.

İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.