Misir müxalifəti 14-cü gündür Təhrir meydanından çəkilmir

  • Amerikanın səsi

Misir müxalifəti 14-cü gündür Təhrir meydanından çəkilmir

Misir müxalifətinin minlərlə fəalı Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarəkin istefası tələbi ilə 14-cü gündür nümayişləri davam etdirir. Dünən Mübarək hökumətinin təklif etdiyi siyasi güzəştlərə baxmayaraq, müxalifət fəalları cənab Mübarək hakimiyyətdən gedənə qədər nümayişləri davam etdirməyə söz veriblər. Misrin yeni kabineti hadisələr başlayandan bu gün ilk dəfədir ki, tam tərkibdə iclas keçirib.