Ekspertlər: Kosmosa daha çox səyahət kosmik turizmin daha ucuz və əlçatan olmasına gətirib çıxaracaq

Your browser doesn’t support HTML5

Özəl kosmik nəqliyyat şirkətlərinin orbitə uğurlu uçuşu macəra axtaranların marağına səbəb olsa da, bunun üçün ödəniləcək məbləğ əksər insanlar üçün çox yüksəkdir. Lakin mütəxəssislər deyir ki, bir neçə ildən sonra kosmosa səyahətin qiymətləri kifayət qədər aşağı düşəcək və beləliklə adi insanlar da kosmosa uça biləcək.