Azərbaycan çeçeni Rusiyaya təhvil verib

Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Azərbaycan 2000-ci ilin əvvəllərində Çeçenistanda rus qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirakda ittiham olunan çeçeni Rusiya tərəfinə təhvil verib. Bu barədə Rusiya Baş Prokurorluğunun məlumatında bildirilir.

Mənbənin məlumatına görə, çeçen Səid Hüseyn Takayev Rusiya Cinayət Məcəlləsinin 209-cu maddəsi üzrə (silahlı qrupda iştirak) məsuliyyətə cəlb olunmaq üçün ekstradisiya edilib.

2018-ci il fevralın 9-da S.Takayevin Azərbaycanda olduğu müəyyən edildiyinə görə Rusiya Baş Prokurorluğu onun təhvil verilməsi barədə sorğu göndərib. Fevralın 14-də sorğu təmin edilib, məlumatda qeyd olunur.