Elmar Məmmədyarov Nyu-Yorkda iranlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Sentyabrın 27-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı və Suriyadakı vəziyyət ilə əlaqədar fikir mübadiləsi aparılıb.