Elmar Məmmədyarov Fransaya gedir

Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 19-da Fransaya gedəcək.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, Məmmədyarov səfər çərçivəsində Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.