Azərbaycan xarici işlər naziri Tehrana gedir

Xarici İşlər naziri Elmar Məmmədyarov

Elmar Məmmədyarov Tehranda keçiriləcək Qoşulmama Hərəkatının zirvə toplantısında iştirak edəcək
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatının zirvə toplantısında iştirak edəcək. Bu barədə bu günkü brifinqində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, nazir Məmmədyarov avqustun 30-da Tehrana gedəcək. Səfər zamanı, Azərbaycan xarici işlər nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Xatırladaq ki, sammitin xarici işlər nazirlərinin avqustun 28-29-da keçirilən konfransında Azərbaycandan Xarici İşlər Nazirliyini xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edir.