Tanınmış vəkil Elton Quliyev vəfat edib. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Elton Quliyev xəstə olduğu halda Xədicə İsmayılın təcridxanada keçirilən məhkəməsində iştirak edib
Elton Quliyev 1956-cı ildə fevralın 29-da Ağdam şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültətsini bitirib. Daxili İşlər Nazirliyində müstəntiq, Bakı Baş Polis İdarəsində itstintaq şöbəsinin rəisi olub.
1992-ci ildən vəkillik fəaliyyətinə başlayıb. Quliyev çoxsaylı siyasi və ictimai xadimlərin, jurnalistlərin, o cümlədən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, tanınmış hüquqşünas İntiqam Əliyevin, NİDA-çıların, tanınmış jurnalistlər Xədicə İsmayılova və Seymur Həzinin hüquqlarını qoruyub.
Elton Quliyevin cənazəsi dekabrın 16-da saat 14.00-da Təzə Pir məscidindən qaldırılacaq. O, Köhnə Yasamal qəbiristanlığında dəfn olunacaq.
Elton Quliyevin Amerikanın Səsinin arxivində olan müsahibələrindən bir neçəsini təqdim edirik:
Your browser doesn’t support HTML5
Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələyib
Your browser doesn’t support HTML5
Vəkil hakimə etiraz edib
Your browser doesn’t support HTML5
Jurnalist Seymur Həzinin məhkəməsi davam edir
Your browser doesn’t support HTML5
Apellyasiya məhkəməsi Xədicə İsmayılı həbsdə saxlayıb [Video]