Əngəlli uşaqlara musiqi dünyasına daxil olmağa yardım edən alət - Musicon

Your browser doesn’t support HTML5

Musiqi səs qədər riyaziyyatdən də ibarətdir. Bundan əlavə isə musiqi fantaziya və bilik deməkdir. Lakin əvvəllər bəzi əlil və ya fiziki baxımdan əngəlli uşaqlar üçün musiqi əlçatmaz idi. İndi isə bu, belə deyil. Bir qrup polşalı ixtiraçı, demək olar, hər kəsin istifadə edə biləcəyi düyməli musiqi aləti düzəldib.