Yeni araşdırmalar ABŞ-da şəkər xəstəliyinin getdikcə artdığını göstərir

Yeni araşdırmalar ABŞ-da şəkər xəstəliyinin getdikcə artdığını göstərir

Yeni araşdırmalar gələn 40 ildə Birləşmiş Ştatlarda yaşlılarda şəkər xəstəliyinin iki və ya üç dəfə artacağını göstərir. Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin bildirdiyinə görə, amerikalılar yeməklərinə nəzarət etmədikləri və idmanla məşğul olmadıqları təqdirdə 2050-ci illərə qədər hər üç yaşlıdan birində diabet xəstəliyi olacaq.

Xəstəliklərə Nəzarət Mərkəzinin açıqladığı hesabatda deyilir ki, Amerikada sağlam həyat tərzi sürən insanlarda belə yaşa dolarkən diabet xəstəliyi əmələ gələ bilir. Hesabatda xəstəliyə tez-tez tutulan afrikalı-amerikalılar və ispan mənşəlilərin Amerikada getdikcə artmasının da xəstəliliyin miqdarının artmasına səbəb olduğu göstərilir.