Erməni əsgəri Azərbaycan tərəfə keçib

Martın 22-də Ermənistan ordusunun hərbi qulluqçu Andranik Qriqoryan Azərbaycan tərəfə kecib. Bu barədə Ermənistan mediası Dağlıq Qarabağdakı hərbi rejimə istinadən məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi xəbərı təsdiqləyib.

“Əsgərin Azərbaycan tərəfə qacması ehtimal ki erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır”, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.