Dekabrın 15-də Premium markalı benzinin bir litri 350 dram (0, 70 dollar), Regular markalı benzinin 1 litri 330 dram (0, 68 dollar), dizelin 1 litri isə 320 dram (0, 66 dollar) idi. Hazırda isə bu yanacaqların hər biri 10 dram ucuzlaşıb.
Ötən oktyabrda yanacağın qiymətləri 20-30 dram düşmüşdü.
Ermənistan İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komitəsinin sözçüsü Qayane Saakyan Armenpress agentliyinə deyib ki, komitə bazardakı prosesləri diqqətlə monitorinq edir.
Armenpress xəbər verir ki, ötən oktyabrda yanacağın qiymətləri 20-30 dram düşmüşdü.
Xanım Saakyan yanacağın ucuzlaşmasını bazardakı rəqabətlə əlaqələndirir. Onun sözlərinə görə bazarda yanacağı çox aşağı qiymətlərlə idxal edən firma peyda olub.
"Brent" markalı xam neftin barreli hazırda bazarda $55 dollara satılır.
Bazara sentyabrda daxil olan bu şirkət yanacağı Rusiya və Rumıniyadan alır.
1990-cı illərdən bəri qlobal miqyasda neft qiymətlərində ən kəskin ucuzlaşma yaşanılır. 2014-cü ilin ortaları ilə müqayisədə neft qiymətləri azı 50 faiz ucuzşalışb.
Ekspertlər neft qiymətlərini yaxın gələcəkdə əvvəlki səviyyəyə - barreli $90-100 dollara qayıdacağını güman etmirlər.