13 əsrə aid rəsm əsəri mətbəxdə aşkar edilib

İtalyan rəssam Çimabuenin 13 əsrdə çəkdiyi rəsm əsəri yaşlı fransız bir qadının mətbəxində aşkar edilib. Uzun müddətdir axtarılan bu əsər hərracın təxminlərindən 4 dəfə artıq dəyərə, yəni 24 milyon avroya (26.6 milyon dollar) satılıb.

İntibah dövrünün ilkin cağlarında çəkilən "Məsxərə edilən Məsih" adlı əsərə 4-lə 6 milyon avro qiymət qoyulmuşdu.

Alıcı haqda məlumat verilməsə də, iddiaçılar arasında xarici bir muzey olduğu bildirilib.

20 ilə 26 sm ölçülü bu kiçik əsərin 8 kiçik lövhədən ibarət olduğuna inanılır.

Florensiyada doğulan və Çenni Di Pepo kimi də tanınan Çimabuenin cəmi 10 əsəri dünyaya məlumdur.