Azərbaycan əsgəri intihar edib

Cəbhə

O tabel silahı ilə özünü öldürüb
Azərbaycan Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən hərbi hissələrinin birində Goranboy rayonundan hərbi xidmətə çağırılmış əsgər Elşad İsmayılov intihar edib. Belə ki, əsgər tabeliyində olan avtomat silahdan açılan atəşlə dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinə əsgərin ölümünü təsdiq edib.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.