Avropada Miqrant Böhranı - 14 sentyabr

Macarıstanla Serbiya araslındakı sərhəddə əsgərlər keşik çəkirlər.  Avropa İttifaqı daxili işlər nazirləri Almaniyanın miqrantların axınını dayandırmaq üçün Avstriya ilə sərhəddə patrullar yerləşdirməsindən sonra fövqəladə yığıncaq keçirirlər.

Alman polislər Avstriya ilə sərhəddə Freilassingdə qatarda sərnişinlərin sənədlərini yoxlayırlar.  Almaniya 800,000 miqranta status verəcəyi vədinə sadiq qalır. 

Polislər Freilassingdə qaçqınları qeydiyyatdan keçirir və sonra onları avtobuslarda aparırlar.

Miqrantlar Macarıstanda sərhəd keçid məntəqəsindən Avstriyaya doğru gedirlər. Avstriya şərq sərhədlərini qorumaq üçün əraziyə qoşunlar göndərib.  Minlərlə miqrant piyada şəkildə Macarıstandan Avstriyaya daxil olur, və daha sonra Almaniyaya üz tuturlar. 

Polislər Freilassingə gedən maşınları yoxlayırlar. Salzburq, Avstriya.

Avstriyanın Salzburg şəhərindən Almaniyanın Freilassing şəhərinə gedən yolda tıxac yaranıb.

Miqrantlar avtobusa minmək üçün növbədə gözləyirlər.  Nickelsdorf, Avstriya.

Yüzlərlə miqrant Brusseldə, Avropa İttifaqının baş qərargahından bir qədər aralıda yerləşən palçıqlı parkda düşərgə salıblar. 

Suriyalı qaçqın əlində körpə sahilə tərəf üzür.  Onların içərisində olduğu hava doldurulmuş qayıq Lesbos adasına 100 metr qalmış deşilib, İndiyədək Aralıq Dənizi vasitəsilə Yunanıstana axışan miqrantların sayının 309,000 olduğu təxmin edilir.