Jurnalist 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan iddiası ilə həbs edilib. Sonradan Gülər Əhmədova ifşa olunub və deputat mandatından imtina edib
"Media forum" saytının məlumatına görə, noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam edib. Əvəz Zeynallı sərbəst ifadə verərək həbsini “Xural” qəzetinin 9 illik fəaliyyəti ilə bağlayıb, siyasi sifarişlə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi əsasında həbs olunduğunu vurğulayıb.
Baş redaktor bir daha keçmiş deputat Gülər Əhmədovanın məhkəmə prosesinə gətirilməməsi məsələsindən söz açıb: “Hakim Gülər Əhmədovanın xəstə olduğunu bildirir, amma Gülər Əhmədova mətbuata açıqlamasında vəziyyətinin yaxşı olduğunu vurğulayıb. Gülər Əhmədova dövlətə meydan oxuyur. Mən heç, məni qoyaq bir tərəfə. Gülər Əhmədova Azərbaycan qanunlarına, məhkəmələrinə nə qədər hörmətsizlik və sayğısızlıq etdiyini bura gəlməməklə sübut etdi. Dövlət ittihamçısının gücü çatmadı ki, onu bura gətirsin. Ona görə bir daha təkrar edirəm ki, prokurorluğun bizim məsələmizdə dili qısadır”.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub.
2002-ci ildə yaradılan “Xural” qəzeti 2011-ci ilin oktyabrından nəşrini dayandırıb.