Dünyadan görüntülər
Honq Konqda qocalar evində yaşlı qadınlar qoruyucu maskalar taxıb.
İspaniyada fermerlər traktorları ilə birlikdə nümayişdə iştirak edir. Onlar məhsullarına daha ədalətli qiymətlər tələb edirlər.
Yeni Zelandiyada üzərlərinə işıq taxan qadınlar Çin Yeni İli şənliklərinin bir hissəsi olaraq fənər festivalında rəqs edir.
İqlim Üçün Ədaləti Dəstəkləyən Gənclər hərəkatının fəalları Valentin Günü Sloveniyada dövlətin enerji və iqlim planına etiraz edir.
Westerdam kruiz gəmisinin sərnişini Kambocada torpağa ayaq basandan sonra yerə əyilir. Gəminin COVID-19 koronavrius epidemiyası qorxusu səbəbilə digər Asiya limanlarına yaxınlaşmasına icazə verilməyib.
Hindistanlı müsəlman qadın yeni vətəndaşlıq qanununa qarşı etiraz zamanı əlində şam tutub. Əleyhdarlar qanunun Hindistanın dünyəvi kimliyinə hədə olduğunu deyir.
Moskvada Salvador Dali sərgisində iştirak edən ziyatəçilər xüsusi geyimlər geyinib.