Dünyadan görüntülər

Tokioda insanlar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə açıq havada maska taxırlar. 

Havanada Genetik Mühəndislik və Biotexnologiya Mərkəzində bir alim COVID-19-a qarşı eksperimental vaksin Abdalanın üzərində işləyir. 

Qvatemalada bir Maya ruhani 1996-ci ildə başa çatan vətəndaş müharibəsində həlak olan insanların adlarını xaçların üzərində həkk edir. 

Rusiyanın Murmansk regionunun Monçeqorsk şəhərində Kola Metal və Metallurgiya Şirkətinin emalatxanası. 

Londonon Hitrou hava limanında yerləşən Radisson Blu oteli. Britaniya koronavirus pandmeiyası səbəbilə 30 ölkənin daxil olduğu "qırmızı siyahı"dan gələn insanlara otel karantin proqramı tətbqi edib. 

Almaniyanın Oberstdorf şəhərinfə FIS Nordic Dünya Xizək Çempionatı. 

Fransanın şərqində yerləşən Malhaus şəhərinin Zooloji və Botanika parkında Kara adlı qütb ayısı. 

Virciniya ştatının Respublikaçı senatoru Amanda Çeys maska taxmağı rədd etdiyi üçün Senatın Virciniya Elm Muzeyində keçirilən xüsusi sessiyasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə onun üçün quraşdırılan pleksiqlas kabinənin içində oturub. 

Braziliyanın Manaus şəhərində üzərində qoruyucu kostyum geyinmiş bir işçi əlində çətirlə Nossa Senhora Aparecida qəbirstanlığında COVID-19 qurbanlarının məzarlarının yanından keçir.