Dünyadan görüntülər
Kolumbiyada özəl bir məktəbin şagirdləri məktəbə geri döndükləri ilk gün maska taxıb, sosial məsafəni qoruyurlar.
Myanmada insanlar polisə gül verirlər. Ölkə boyu yüzlərlə tələbə və müəllim ordudan hakimiyyəti seçilmiş siyasətçilərə geri təhvil verməsini tələb etmək üçün Myanma küçələrinə axışıblar.
Kəşmirli müsəlman bir qadın Hindistanın nəzarət etdiyi Kəşmirdə Hazratbal Məbədində ilk İslam Xəlifəsi olan Əbu Bəkr Siddiqin ölüm ildönümündə dua edir.
Hökumət tərədarı fəallar Nepalın baş naziri Xadqa Prasad Şarma Oliyə dəstək məqsədilə keçirilən kütləvi toplantı zamanı onun portreti ətrafında toplaşıblar.
Hindistanın Hava Qüvvələrinin Suryakiran təyyarəsi Aero India 2021-in üçüncü və son günündə havada hərəkət edir.
Antara Fotonun çəkdiyi bu şəkildə İndoneziyanın Qərbi Sumatra vialyətində bir balıqçı Manincau gölündə taxta qayıqda üzür.
Müsəlman ibadət edənlər İsrailin ərəb Ümm Əl-Fəhm şəhərində ərəb icmalarında bu yaxınlarda artan zorakılıq əleyhinə keçiriən etiraz zamanı koronavirusun qarşısını almaq üçün tətbiq olunan qapanma tədbirləri zamanı namaz qılırlar.
Çinin Hunan vilayətinin Cişu şəhərində fermer bazarının havadan görüntüsü.
Hindistanın Uttar Pradeş vilayətinin Şamlı rayonunda insanlar fermerlərin fermerlik qanunlarına qarşı etirazında iştirak edərək kənd şurasının iclasında əllərini havaya qaldırırlar.