Dünyadan görüntülər
Şanxayda üzünə maska taxmış kişi alış-mərkəzinin önündən keçir.
Cənubi Koreyada cütlüklər kütləvi toy mərasimində iştirak edir.
Almaniyanın Drezden şəhərində konkisürmə çempionatı.
Suriyanın şimal-qərbində İdlibdən 8 kilometr uzaqlıqda yerləşən Sarmin şəhərindən qaçan kişi əşyalarını götürmək üçün sakitlik dövründə evinə geri dönüb.
Hindistanın Bodo qəbiləsindən qızlar Kokracharda Bodo üsyançı qrupu ilə sülh razılığının imzalanması münasibətilə keçirilən tədbirdə rəqs edir.
Fələstinli etirazçı ABŞ-ın təklif etdiyi sülh planına etiraz edir.
İrlandiyada bir kiçik qız ümummilli seçkidən öncə seçki məntəqəsində.
Qəzza şəhərində it təlimçisi itinə gözləri bağlı vəziyyətdə kəndirin üstündə gəzməyə yardım edir.
Sank Peterburqda Laxta Mərkəzi adlı binanın arxasından Ay görsənir.
Rusiyada, Sankt Peterburqda insanlar Pyotr və Pavel Qəsrinin divarın önündə günəşlənir.