Günün fotoları
Myanma - Yangon şəhərində bələdiyyəsi binası yaxınlığında hərbi çevrilişə qarşı etiraz nümayişi keçirilir.
Fransa - Paris sakinləri daşan Sena çayında balıq tutur.
Yuta ştatı - Ukraynalı idmançı Oleksandr Okipnyuk kişilər arasında xizəklə havaya tullanmaq üzrə Dünya Kuboku uğrunda seçmə yarışlarda iştirak edir.
Honq Konq - Victoriya parkının ziyarətçiləri çiçək bazarında sitrus ağacı ilə selfi çəkir.
Afrikalı miqrantlar və qaçqınlar rezin qayıqda İspaniyanın yardım işçilərinin Aralıq dənizində, Liviya sahillərində beynəlxalq sularda onları xilas etməsini gözləyir.
İraq - Ölkənin şimalında Kinco kəndində İslam Dövləti qruplaşması tərəfindən qətlə yetirilən Yezidi qurbanlarının kütləvi dəfn mərasimi keçirilir.
Çili - Venesuelalı miqrantlar Boliviya sərhədindən Çiliyə keçdikdən sonra şosse yol boyu gedir.
İsrail - Akrobatlar COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkə üzrə karantinin tətbiq edildiyi zaman Tel-Əvivdə bir parkda gimnastik fəndlər göstərir.
İndoneziya - Mərkəzi Yava vilayətinin Pekalongan şəhərində balaca qız parça fabriklərindən çıxan boya tullantıları səbəbindən qırmızı rəngə boyanmış su basmış yolla gedir.
İtaliya - Venesiyada Covid-19 pandemiyası səbəbi ilə karnavalın ləğv edilməsinə baxmayaraq, insanlar Müqəddəs Mark Meydanında karnaval kostyumları geyərək gəzir.
Rusiya - Tatarıstan Respublikasının Mamadiş qəsəbəsində keçirilən qeyri-adi xizək festivalı zamanı iştirakçılar yamacdan aşağı enir.
Kolumbiyalı velosipedçi Kamilo Sançez Boqotada yarışlarda iştirak edir.