Beynəlxalq fəza stansiyasına yük daşıyan raket qəzaya uğrayıb

Pilotsuz idarə edilən SpaceX fəza raketi səmaya qalxdıqdan bir neçə dəqiqə sonra partlayıb. Fəza raketi Beynəlxalq Fəza Stansiyasına yük daşıyırdı.

Qəza ABŞ-ın Florida ştatının Keyp Kanaveral uçuş mərkəzində havaya qalxdıqdan 2 dəqiqə yarım sonra baş verib.

Uzunluğu 63 metr olan fəza gəmisi stansiyada elmi araşdırmaların davam etdrilməsi üçün ərzaq, geyim, təchizat da daxil olmaqla 2500 kg ağırlığında yük daşıyırdı.

SpaceX-in ixtiraçısı Elon Musk bildirib ki, raketin üst təbəqəsində maye oksigen çənində olduqca yüksək təzyiq yaranıb. O, qəza ilə əlaqədar ətraflı təhqiqatın aparıldığını deyib.