Fransada ümummilli seçkilərin ikinci raundu keçirilib

Fransada ümummilli seçkilərin ikinci raundu keçirilib. Exit-Poll seçicilərin əksəriyyətinin anti-mühacirət siyasətinə görə ifrat sağçı Milli Cəbhə Partiyasına səs vermədiyini göstərib.

Partiyanın lideri Marin Le Pen Fransanın aparıcı regionlarında məğlubiyyətə uğrayıb.

Seçkilərin birinci raundunda Milli Cəbhə Partiyası 13 regionun 6-da qələbə çalmışdı.

İkinci raundda sabiq prezident Nikola Sarkozi və onun müttəfiqlərinin səs çoxluğu əldə etdiyi deyilir.

Hakim Sosialist partiyası üçüncü yerdə gedir.

Seçkilərin yekun nəticələri hələ açıqlanmayıb.