Almaniyada Böyük Yeddilərin sammiti
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkerl Almaniyada Böyük Yeddilərin sammitinin iclasına qatılır, 7 iyun 2015-ci il.
Fransa prezidenti Fransua Holland, Britaniyanın Baş naziri Deyvid Kameron, İtaliyanın Baş naziri Matteo Renzi, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Can-Klod Janker, Avropa Şurasının prezidenti Donald Task, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ prezidenti Barak Obama və Kanadanın Baş naziri Stiven Harper Böyük Yeddilərin sammitinin ilk iclasında, 7 iyun 2015-ci il.
İğtişaş polisi Almaniyanın cənub bölgəsində Qarmiş-Partenkirxen kurortunda keçirilən Böyük Yeddilərin sammitinə etiraz edən nümayişçiləri ərazidən çıxarmağa çalışır, 7 iyun 2015-ci il.
Böyük Yeddilər qrupuna daxil olan ölkələrin və Avropa İttifaqının liderləri birgə şəkil çəkdidir, Almaniya, Kruen, 7 iyun 2015-ci il.
Almaniyanın cənubunda Kruen kəndinin sakinləri milli geyimlərdə kansler Angela Merkel və ABŞ prezidenti Barak Obamanı salamlayır, 7 iyun 2015-ci il.
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merekeli salamlayan Kruen kəndinin sakinləri ənənəvi musiqi ifa edir, 7 iyun 2015-ci il.
Almaniyanın Qarmiş-Partenkirxen kəndində Böyük Yeddilərin sammitinə etiraz edən nümayiş qarşısında polis qüvvələri, 7 iyun 2015-ci il.