- İsrail Müdafiə Qüvvələri Qəzza şəhəri və şimal ərazilərin sakinlərinə cənuba doğru getməyə davam etmələri barədə xəbərdardarlıq edib. Ordu insanların müəyyən edilmiş yollarla qaçması üçün altı saatlıq bir müddət elan edib.
- İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzzada 120-dən çox mülki vətəndaşı girov saxladığını təsdiqləyib.
- Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrailin hava hücumları Qəzzanın şimalını təxliyə edən 70 nəfəri öldürüb, 200 nəfəri yaralayıb.
- İsrail Livann cənubunda Hizbullah hədəfini vurduğunu bildirib.
- HƏMAS mülki şəxslərə İsrail Müdafiə Qüvvələrinin 1.1 milyon insana “öz təhlükəsizlikləri” üçün 24 saat ərzində Qəzzanın şimalını evakuasiya edərək cənuba getmələrinə dair göstərişinə məhəl qoymamağa çağırıb.
- BMT bildirir ki, Qəzzada 423 min insan didərgin düşüb.
- Rusiya BMT Təhlükəsizlik Şurasında humanitar atəşkəsə çağıran qətnamə təqdim edib.
- HƏMAS oktyabrın 7-də hücuma başlayandan bəri müharibə hər iki tərəfdə ən azı 3200 insanın həyatına son qoyub.
İsrail ordusu fələstinlilərin Qəzza daxilində müəyyən edilmiş yollarla cənuba getmələri üçün təxminən altı saatlıq bir müddət elan edib. Minlərlə insan İsrail Müdafiə Qüvvələrinin mümkün quru hücumundan öncə evakuasiya göstərişlərindən sonra evlərini boşaldıb.
“Bizim göstərişlərimizə əməl edin – Vadi Qəzzanın cənubuna gedin,” İsrail Müdafiə qüvvələrinin sözçüsü Riçard Hekt şənbə günü mətbuat brifinqi zamanı deyib və həmin coğrafi yerin şimalında qalan sakinlərin İsrailin mümkün hücumu ilə üzləşə biləcəklərinə işarə edib.
İsrail Müdafiə Qüvvələri şimal ərazilərdəki sakinlərə deyib ki, onlar şənbə günü ərazinin əsas magistralı boyunca “heç bir zərər görmədən” axşam 4-də qədər cənuba doğru hərəkət etməyə davam edə bilərlər.
İsrail Müdafiə Qüvvələri cümə günü Qəzza şəhərinin sakinlərinə “öz təhlükəsizlikləri və müdafiələri” üçün ərazini tərk etmələri barədə. xəbərdarlıq etdiyi təsdiqləyib. HƏMAS döyüşçülərinin ötən həftə İsrailin cənubunda şəhər və kəndlərə daxil olaraq, əksrəiyyəti mülki vətəndaş olmaqla, 1300 israillini öldürməsindən və onlarla insanı girov götürməsindən sonra, İsrail Müdafiə Qüvvələri qrupu məhv edəcəyinə söz verib.
“Siz Qəzza şəhərinə yalnız icazə elanı veriləndən sonra qayıda biləcəksiniz,” İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus X sosial media platformasında canlı yayımlanan birifinqdə söyləyib.
HƏMAS isə hər kəsi “evlərində qalmağa və işğalın başlatdığı bu iyrənc psixoloji müharibəyə qarşı möhkəm dayanmağa” çağırıb. Bu barədə Associated Press məlumat verib.
Reuters agentliyinin İsrail ordusunun sözçüsünə istinadən verdiyi məlumata görə, İsrail piyadalarıcümə günü Qəzza zolağına ilk reydlərini həyata keçirib. Sözçü bildirib ki, tanklarla dəstəklənən əsgərlər Qəzza daxilində fələstinli raket ekipajlarına hücum etmək üçün reydlər keçirib və girovların yeri barədə məlumat əldə etməyə çalışıblar.
Şənbə günü İsrailin Haaretz qəzeti xəbər verib ki, həmin reydlər zamanı İsrail ordusu bir neçə israillinin cəsədini tapıb. Məlumatda deyilir ki, onlar həmçinin bir neçə “terrorçu infrastruktur və dəstələrini” məhv edib və onları daha çox itkin düşən israillə çıxaracaq əşyalar tapıblar. İsrail ordusu şənbə günü 120-dən çox israillinin HƏMAS tərəfindən Qəzzada girov saxlandığını təsdiq edib.
BMT-də fələstinli nümayəndə Riyad Mənszur cümə günü müxbirlərə bildirib ki, İsrailin evakuasiya ilə bağlı göstərişi qaçmağa yerləi olmayan yüz minlərlə fələstinlinin “etnik təmizlənməsinə” bərabərdir.
“Biz hazırda İsrailin işğalçı qüvvələrinin insanlara təxliyə etmələrini dediyi Qəzzann şimalında nə baş verdiyini bilmirik- insanlar hara gedəcəklərini bilmirlər,” Mənsur ərəb ölkələrinin nümayəndələri ilə görüşdən öncə müxbirlərə deyib. “Qəzza zolağında təhlükəszi yer yoxdur.”
Tel-Əvivdə İsrail ordusunun sözçüsü Aviçay Adraee ərəb dilli peyk televiziyası olan Alhurra-ya bildirib ki, “Biz sözün hər mənasında, HƏMAS-ın Qəzza zolağındakı sığınacaqlarına reydlər və hücumları artırırıq və biz Əl-Rimal məhəlləsi, Beit Hanun və s. kimi HƏMAS-ın sığınacaq qurmaq üçün sui-istifadə etdiyi cooğrafi əraziləri hədəf alandan sonra baş verən budur.”
“Biz indi Qəzza şəhərinin sakinlərinə xəbərdarlıq edirik və onları həmin əraziləri tərk etməyə çağırırıq, çünki onlar HƏMAS tərəfindən İsrailə qarşı hərbi əməliyyatları təşkil etmək və həyata keçirmək üçün istifadə olunur.”
Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrailin hava hücumları Qəzzanın şimalını təxliyə edən 70 nəfəri öldürüb, 200 nəfəri yaralayıb.
Elektrik, su, ərzaq yoxdur
Ümumdünya Səhiyyə Təşkilatının Qəzzaya tibbi ləvazimatlar daşıyan təyyarəsi şəbə günü Misirə, Rəfah keçidi yaxınlığına enib. ÜST-ün baş direktoru Tedros Adhanom Ghebrayesus deyib ki, keçiddən humanitar çıxışa icazə verildiyi an ləvazimatlar göndəriləcək.
Tedros əvvəllər Twitter kimi tanınan X-də İsraili 1.1 milyon insanı evakuasiya etmək qərarını nəzərdən keçirməyə çağırıb. “Bu, insan faciəsi olacaq,” o deyib.
Bundan öncə cümə günü BMT-nin baş katibi antonio Quterreş də bənzər xəbərdarlıq edib və İsrail qüvvələrini evakuasiyanın müddəti ilə bağlı tənqid edib.
“Bütün ərazi mühasirədə ikən, 1 milyondan çox insanın sıx məskunlaşdığı müharibə zonasından qida, su və ya yaşayış yeri olmayan bir yerə köçürülməsi son dərəcə təhlükəlidir,” o deyib.
İsrail HƏMAS-ın şənbə günü 1300-dən çox israillinin ölümü ilə nəticələnən hücumuna cavab olaraq Qəzzanı bazar ertəsi “tamamilə mühasirə” altına alıb.
Qəzzanın səhiyyə nazirliyinin məlumtına görə, İsrailin hava hücumları 1800 fələstinlinin ölümünə səbəb olub.
“Bu, xaosdur. Heç kəs nə edəcəyini bilmir,” Qəzza şəhərində BMT-nin fələstinli qaçqınlar agentlyindən İnaa Həmdan AP-yə bildirib və əlavə edib ki, BMT heyəti Qəzzanın şimalını təxliyə edir.
BMT-nin fələstinli qaçqınlara yardım agentliyi UNRWA humanitar işini davam etdirmək üçün mərkəzi əməliyyat mərkəzini və təxminən 300 nəfərdən ibarət beynəlxalq işçi heyətini Qəzzanın cənubunda bir yerə köçürdüyünü bildirib. UNRWA-nın Qəzzada təxminən 13 min əməkdaşı var və onların böyük əksəriyyəti fələstinlilərdir.
“Bunlar BMT obyektləridir. Onlar beynəlxalq humanitar qanuna uyğun olaraq heç vaxt hücuma məruz qalmamalıdır,” UNRWA bəyanatında bildirib.