General Qrantın hüzurunda

Your browser doesn’t support HTML5

King Canyon parkında ilk işim buranı dünyada məhşurlaşdıran, dünyanın ikinci ən böyük ağacı olan General Qrant ağacını görmək oldu. Ağac general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-ın 18-ci Prezidenti olan Uliss Qrantın şərəfinə adlandırılır. Cığırla gəzərkən qarşınıza digər irihəcmli sekvoya ağacı çıxsa da, General Qrantın qarşısına gəldiyinizdə bu ağacın digərlərindən necə böyük olduğunun fərqinə varırsan.