Afinadakı Mərkəzi Banka bomba hücumu həyata keçirilib

Yunanıstanın beynəlxalq istiqraz bazarına qayıtmasına bir neçə saat qalmış bu gün səhər Afinadakı Mərkəzi Bankın qarşısında bomba partladılıb. Polis partlayışın şüşələri sındırdığını, lakin xəsarət alanların olmadığını bildirib.

Partlayışdan təxminən bir saat əvvəl qəzetə və xəbər saytına hücumla bağlı anonim zənglər edilib. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

2010-cu ildən bəri Yunanıstan ilk dəfə olaraq, bu gün qiymətli kağızları dünya bazarında satışa çıxarır.